Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən, yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyisəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25°, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 26-31°, dağlarda gecə 11-16°, gündüz 17-19° isti olacaq.
Q. QASIMOV
XQ