Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

Azərbaycan Respublikası Seçki Məcəl­ləsinin (bundan sonra – Seçki Məcəlləsi) 99.1-99.4-cü və 166-cı maddələrinin tələbinə görə, seçki bülletenlərinin mətni və forma­sı, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Ko­missiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayının 3 faizindən artıq olmamaq şərtilə, səsvermə gününə ən azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin müşahidəsi altında müva­fiq qaydada hazırlanmalıdır.

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə istifadə ediləcək seçki bülletenləri ilə əlaqədar yuxarıda göstə­rilən qayda və şərtlər əsas götürülməli, möv­cud seçki dairələri üzrə həmin bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilməli, qeydə alın­mış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərə­findən irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, emblemi, öz təşəbbüsü ilə və ya bilavasitə se­çicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəl­ləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 166-cı maddələ­rinə uyğun olaraq qərara alır: 

1. 2024-cü il sentyabrın 1-nə təyin edil­miş Azərbaycan Respublikasının Milli Məcli­sinə növbədənkənar seçkilərdə mövcud seçki dairələri üzrə bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvad­rat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdiril­miş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (si­yasi partiya blokları) tərəfindən irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu si­yasi partiyanın qısa adı, emblemi, öz təşəbbü­sü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin. 

2. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 6 516 567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) ədəd seçki bülleteni Mərkə­zi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında müvafiq poliqra­fiya müəssisəsində hazırlansın. 

3. Bu Qərarın icrası öz səlahiyyətləri daxilində Mərkəzi Seçki Komissiyasının Ka­tibliyinə həvalə edilsin. 

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir. 

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər