Seçki xəbərləri

post-img

2794 müşahidəçi akkreditasiyadan keçib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 1 sentyabr növbədənkənar par­lament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün, ümumilikdə, 2794 nəfərin akkreditasiyadan keçdiyini bildirib. Sədr əlavə edib ki, müşahidəçilərdən 2562 nəfəri MSK-da qeydiyyatdan keçib. Onların 126-sı Yeni Azərbaycan Partiyasının, 569-u QHT-lə­rin xətti, 1867 nəfəri isə öz təşəbbüsü ilə müraciət edib.

6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

“Növbədənkənar seçkilərlə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap edilə­cək”. MSK sədrinin müavini Rövzət Qasımov onu da bildirib ki, komissiyanın iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qayda­sına, mətninə, formasına və sayına aid tələbləri təsdiqlənib.

Ombudsman Aparatı maarifləndirmədə iştirak edir 

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı və MSK tərəfindən birgə maarifləndirmə tədbirləri keçiriləcək.

Müddət başa çatdı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdi­rilməsi üçün ayrılan müddət dünən başa çatıb.

Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidirlər. Bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir.

Son xəbərlər