Seçki sənədlərinin təqdimi avqustun 2-si başa çatır

post-img

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi müddəti gələn həftə bitir.

Bu, Mərkəzi Seçki Komissiyasının (MSK) “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini ta­pıb. Sənəddə qeyd edilib ki, bu proses iyu­lun 13-dən başlanıb və avqustun 2-si saat 18:00-dək davam edəcək.

Seçki Məcəlləsinə əsasən, irəli sürül­müş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi par­tiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. seçici imzaları toplanmasının yeku­nu haqqında Mərkəzi Seçki Komissiyası­nın müəyyənləşdirdiyi formada tərtib edil­miş protokolun 2 nüsxəsi;

3. Məcəllənin 53.3-cü və 54.8-ci mad­dələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5. mülkiyyət hüququ əsasında namizə­də məxsus əmlak barədə məlumat;

6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imza­layıb. Sərəncamla sentyabrın 1-nə növbə­dənkənar seçkilər təyin edilib.

Son xəbərlər