Asayiş keşikçilərinin seçkilərdə əsas vəzifələri

post-img

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində Şəki şəhərində regional seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə MSK-nın və Daxili İşlər Nazirliyinin nümayəndələri, ölkənin şimal-qərb bölgəsində, eləcə də ət­raf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissi­yalarının sədrləri, şəhər və rayon polis şö­bələrinin məsul işçilləri iştirak ediblər.

Tədbirdə MSK-nın üzvü Bəxşeyiş Əs­gərov və Şəki Şəhər Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Tural Məmişov çıxış ediblər. Onlar Milli Məclisə seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demok­ratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorun­masının mühüm amillərdən biri olduğunu vurğulayıblar.

Sonra MSK-nın üzvü Tofiq Həsənov “Seçki subyektləri, onların hüquq və və­zifələri. Seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi” mövzusunda çıxış edib. Bildirilib ki, MSK Milli Məclisə seçkilər ərəfəsində maarif­ləndirmə tədbirlərinə xüsusi diqqət ayırır. 

Seminar-müşavirədə daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsiz­lik İdarəsinin rəisi Sənan Əliyev “Seçki kampaniyası dövründə və seçkilərin keçi­rildiyi gün ictimai qaydanın təmin edilmə­si ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri. Seçkidən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gə­tirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi” mövzusunda çıxış edib. O, diqqətə çatdırıb ki, seçki kampaniyası döv­ründə və seçkilərin keçirildiyi gün dairə və məntəqə seçki komissiyaları nümayən­dələrinin polisin fəaliyyəti ilə bağlı qaldır­dıqları bütün məsələlər operativ qaydada həll olunacaq.

Son xəbərlər