Oğurluq halları ilə bağlı araşdırmalara başlanılıb

post-img

Yasamal rayonu ərazisində yerləşən uşaq bağçalarının birindən kombi aparatının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətinin məlumatına görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb.  

Fatmayı bağlar sahəsindəki evlərin birindən 20.000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən R.İbrahimov, Q.Ələsgərov, C.Ələsgərov və Ə.Hüseynov saxlanılıblar.

Sumqayıt şəhərində bir mağazadan da 3500 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İsmayılovu saxlayıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər