Ölkə ərazisində qeydə alınan 49 cinayətin üstü açılıb

post-img

İyulun 7-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib.    

Axtarışda olduğuna görə ümumilikdə 13, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər