BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə

post-img

İyunun 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində “Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası” mövzusunda müzakirə keçirilib.

Azərbaycanın, Xorvatiyanın, Mozam­bikin, Panamanın diplomatik nümayən­dələri, habelə beynəlxalq qurum rəhbər­ləri yerüstü minaların fəsadlarının aradan qaldırılması və insan haqları üzrə BMT sisteminin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının qorunmasın­da istifadəsi mövzusunda keçirilən panel müzakirələrdə çıxış ediblər.

“Minalar və təmiz ətraf mühit hüququ” mövzusunda məruzə ilə çıxış edən Azər­baycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, minalar təkcə bilavasitə qur­banlarının deyil, bütün insanlığın haqqı olan təmiz ətraf mühit hüququna dağı­dıcı təsir göstərir. Səfir konkret misallar gətirərək minaların torpağın eroziyasına, su mənbələrinin çirklənməsinə təsiri ilə ekosistemi və biomüxtəlifliyi məhv etdi­yini diqqətə çatdırıb. Bu baxımdan təmiz ekologiya probleminin xüsusi aktuallıq daşıdığı bir dönəmdə BMT-nin İnsan Haqları Şurasının bu hüququn müdafiəsi istiqamətində konkret addımlar atmasının vacibliyi vurğulanıb. 

Azərbaycanlı diplomat əlavə edib ki, Cenevrədə həm insan haqları, həm si­lahsızlaşdırma, həm də humanitar dəstək üzrə BMT strukturlarının və digər bey­nəlxalq qurumların fəaliyyət mərkəzləri yerləşir: “İnsan Haqları Şurası bu fürsət­dən istifadə edərək mina qurbanlarının xüsusi həssas kateqoriya kimi tanınması, onların hüquqlarının bərpa və təmin olun­ması üzrə konkret addımlar atmalıdır”.

BMT-nin Cenevrə ofisi nəzdində Azər­baycan daimi nümayəndəliyi və “Univer­sal Hüquqlar Qrupu” (“Universal Rights Group”) beynəlxalq təşkilatının təşəbbü­sü ilə keçirilən tədbirin həmtəşkilatçıları Avstriya, Xorvatiya, Sloveniya, İrlandiya, Panama, Monteneqro və Niderlandın nü­mayəndəlikləri olub. 

XQ

Son xəbərlər