Qanunsuz silahlar təhvil verilir

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib. 

İyunun 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 1 alışdırıcı, 2 patron darağı və 106 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində  də tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 5 tüfəng, 1 patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər