Rusiya ilə KXDR arasında hərtərəfli tərəfdaşlıq sazişi regionda vəziyyəti gərginləşdirməyə çalışan üçüncü ölkələrə xəbərdarlıqdır. Bu barədə iyunun 25-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
Rudenko deyib: “Saziş, yəqin ki, yarımadanın və bütövlükdə regionun problemlərini hərbi yolla həll etməyi gözləyən və ya planlaşdıran ölkələr üçün bir növ xəbərdarlıqdır”.
O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası bu sənədin Cənubi Koreya və regiondakı digər ölkələrin maraqlarına qarşı yönəlmədiyini dəfələrlə qeyd edib: “Ümid edirik ki, Seul yeni sazişi anlayışla qəbul edəcək və orada Rusiya ilə münasibətlər də daxil olmaqla sağlam yanaşma üstünlük təşkil edəcək”, - Rudenko bildirib.
P.ƏMİRCANOV
XQ