Qubada süni göldə batan 12 yaşlı uşağın cəsədi tapılıb

post-img

İyun ayının 3-ü Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılıb. 

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib. 

Məlumata görə, cəsəd aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər