Mina probleminin həlli iqlim dəyişikliyi ilə mübarizəyə töhfə olacaq

post-img

Minatəmizləmə sahəsində böyük təcrübə qazanan və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni əldə etmək bizə baha başa gəlib.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xa­rici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təh­lükəsiz və yaşıl gələcək üçün resursla­rın səfərbər olunması” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı­nın yekununda çıxışı zamanı deyib.

Mina və partlamamış hərbi sursat­ların (PHS) ölümcül fəsadlarına toxu­nan Prezident Administrasiyasının nümayəndəsi bildirib: “Minalar və part­lamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyur. Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq. Onlar həm in­sanları, həm də planetimizi öldürür. Bu su, hava və torpaq üçün, eləcə də hə­yatlarımız üçün ciddi təhdiddir. Dünyada konfliktlərin artdığı bir vaxtda biz müha­ribələrin fəsadlarına qarşı birlikdə mü­barizə aparmalıyıq. Həmin fəsadlardan ən dəhşətlisi minalar və partlamamış hərbi sursatlardır. Bu konfransda təmsil olunan ölkələrin xalqları bu dəhşətli re­allığı yaxşı bilir”.

Azərbaycanın bu il ev sahibliyi edə­cəyi COP29-da da bu məsələnin diqqət mərkəzində saxlanılacağını vurğulayan Nüsrət Süleymanov qeyd edib: “Mə­lumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. COP29-a ev sa­hibliyi edən ölkə kimi biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik. Nyu-Yorkda keçiriləcək Gələ­cəyin Sammitini, Misirdə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunu (WUF12) və Bakının ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözlədiyi­miz bir vaxtda bu iki çağırış arasındakı qarşılıqlı əlaqəyə diqqət çəkərək onlara qarşı mübarizə aparmaqda qətiyyətliyik”.

III Beynəlxalq Minatəmizləmə Kon­fransında minaların və partlamamış hərbi sursatların zərərləri və bu bəlaya qarşı uğurlu mübarizənin aparılması baxımından faydalı müzakirələrin apa­rıldığını qeyd edən Nüsrət Süleymanov bildirib: “Bu konfransın davam etdiyi iki gün bilik və təcrübə mübadiləsi apar­maq baxımından hamımız üçün faydalı keçdi. Konfrans həm bu problemin ciddi­liyini qiymətləndirməyimiz, həm də çıxış yolu olduğunu dərk edərək səylərimizi gücləndirmək baxımından gözəl imkan yaratdı. Əminəm ki, gələn il yenidən gö­rüşərək həm özümüz, həm də indiki və gələcək nəsillər üçün planetimizi daha təhlükəsiz və daha yaşıl məkana çevir­mək istiqamətində əldə etdiyimiz nailiy­yətləri müzakirə edəcəyik”.

XQ

Son xəbərlər