Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
22 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 26 nümayəndəsinə hərbi hissənin yaranması və döyüş yolu haqqında brifinq verilib.
Qonaqlar şəxsi heyətə verilən yeni növ hərbi geyim forması, gündəlik qida təminatı, məişət şəraiti və hərbi hissənin silahlanmasında olan bəzi döyüş texnikası ilə tanış olublar.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
XQ