TDT-nin Şuşa Sammitinin gündəliyi müzakirə olunub

post-img

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almatıda Türk Dövlətləri Təşkilatı Prezidentlərinin Diplomatik Müşavirlərinin/Köməkçilərinin 2-ci Toplantısında iştirak edib.

Bu barədə Hikmət Hacıyev “X” plat­formasında bildirib.

“Biz təşkilat çərçivəsində tərəfdaşlığı­mızı və əməkdaşlığımızı nəzərdən keçir­dik və qarşıdan gələn qeyri-rəsmi Şuşa Sammitinin gündəliyini, həmçinin Azər­baycanda keçiriləcək COP29 çərçivəsin­də birgə fəaliyyətlərimizi və təşəbbüsləri­mizi müzakirə etdik. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının gələcək institusio­nal inkişafını da. Prezident İlham Əliye­vin vurğuladığı kimi, Türk Dünyası bizim ailəmizdir!” - deyə Hikmət Hacıyev qeyd edib.

Son xəbərlər