Meksika Qran-Prisində 11 cüdoçumuz yarışacaq

post-img

Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Qran-Pri turnirində iştirak edəcək cüdo üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, ölkəmiz yarışda 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Yığmanın heyətində Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Yaşar Nəcəfov (hər ikisi 66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Vüsal Qələndərzadə, Zelim Tçkayev (hər ikisi 81 kiloqram), Murad Fətiyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Uşanqi Kokauri (+100 kiloqram) güclərini sınayacaqlar.

Oktyabrın 17–19-da təşkil olunacaq Qran-Pridə 35 ölkədən 248 idmançı (152 kişi, 96 qadın) mübarizə aparacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman