İlk milli endokrinologiya məclisi

post-img

Bakıda Ritz-Carlton otelində ilk Milli Endokrinologiya Konfransı təşkil edilib və yüksək səviyyədə yekunlaşıb. 

Yerli və xarici mütəxəssislərin, alim­lərin iştirak etdiyi konfransın məqsədi endokrinologiya sahəsində elmi müza­kirələr etmək, innovativ tibbi təcrübələri bölüşmək və bu sahədə maraqlı klinik hadisələri araşdırmaq olub.

Konfrans 3 gün davam edib. Həmin günlərdə konfrans iştirakçıları tərəfindən bu mövzuda fikir mübadiləsi aparılıb, ən son tibbi nailiyyətlər araşdırılıb. 

Konfransın sonuncu günü modera­torlar – “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, Yazgül Abdiyeva, həkim Gülay Məmmədova və professor Musta­fa Sait Gönen, müxtəlif mövzularda mə­ruzələri təqdim etmək üçün iştirakçıları tribunaya dəvət ediblər. 

Professor Mustafa Sait Gönenin “Graves orbitopatiyası panelində Graves Orbitopatiyası dəyərləndirilməsi: Nə za­man, necə müalicə edək?” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Sonda iştirakçılara sertifikatlar təq­dim olunub. 

Z.BƏŞİRQIZI
XQ

Son xəbərlər