Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası

post-img

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdiril­miş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrara­sı Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma məsələləri üzrə işçi qrupun növbəti iclası keçirilib. 

Dövlət Şəhərsalma və Arxitektura Ko­mitəsi sədrinin birinci müavini Namiq Hüm­mətovun sədrliyi ilə keçirilən iclasda Azər­baycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Prezident Administrasiya­sının və digər aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, işçi qrupun üzvləri iştirak ediblər. 

İclasda yaşayış məntəqələrində kənd təsərrüfatına yararlı torpaqların planlaşdırıl­ması, işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qa­yıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2024-cü ilin sonunadək əhalinin köçürülməsi nəzərdə tutulan yaşayış məntəqələrində gö­rülən işlərin cari vəziyyəti, 2025-ci ilin köç qrafiki və digər məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.

Son xəbərlər