Ombudsman Cenevrədə müzakirələr aparıb

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.

Sessiyada çıxışı zamanı Ombuds­man biznes və insan hüquqları sahə­sində həyata keçirdiyi fəaliyyət barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlə­dən, Birləşmiş Millətlər Təşkilatının İn­kişaf Proqramı ilə əməkdaşlığın möv­cud olduğunu diqqətə çatdırıb

Səfər çərçivəsində Səbinə Əliyeva BMT-nin İnkişaf Proqramının Biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüş keçirib. Gö­rüşdə biznes və insan hüquqları sahə­sində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.

Son xəbərlər