Dini liderlərin görüşü

post-img

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib.

Dünyanın 30-dan çox ölkəsindən dini liderlərin qatıldıqları tədbirdə dinlər-arası dialoq vasitəsilə etimadın möh­kəmləndirilməsi, dindən sui-istifadə olunması hallarının qarşısının alınma­sında birgə səylərin artırılması, müasir dünyanı, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə müharibələrə, qarşıdurmalara, dinlərarası ixtilaflara qarşı müxtəlif sivilizasiyaların və din­lərin nümayəndələrinin birgə mövqeyi, iqlim dəyişikliyi və ekoloji böhran prob­lemlərinə dinlərin münasibəti, media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin, ictimai və siyasi xadimlərin birgə fəaliyyəti və digər məsələlər müzakirə olunub, çağı­rışlar edilib, təkliflər səsləndirilib. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Rəşad Əliyarlının moderatorluğu ilə keçirilən Bakı görü­şündə açılış nitqi ilə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşaza­də bildirib ki, Mədəniyyətlərarası Dia­loq Forumu Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyanın nüfuzlu bey­nəlxalq qurumları – UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ICESCO və Dünya Turizm Təşkilatını tərəfdaş kimi cəlb edən yeganə platformadır. Azərbaycan Prezidentinin müəllifi ol­duğu, 2008-ci ildən mədəniyyətləra­rası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlərin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, dini liderlər, nüfuzlu alim və ekspertlər arasında səmərəli fikir mübadilələrinin aparılmasına əlverişli imkan yaradıb. 

İsa Məsih Sonuncu gün Kilsəsinin 12 həvarilər kvorumunun üzvü, ağ­saqqal Devid Bednar çıxışında bildi­rib ki, Azərbaycanın qədim dinlərarası ənənələri var və o, multikultural ölkə kimi nümunə göstərir.

Azərbaycanın multikultural və to­lerantlıq dəyərlərinin əhəmiyyətindən danışan D.Bednar son 20 ildə 100-dən çox ölkəyə səfər etdiyini və müxtəlif mədəniyyətlərə malik insanların ortaq dəyərlərinin olduğunu dəqiqləşdirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, 2023-cü ildə kilsə humanitar məqsədlər üçün bir milyard dollardan çox vəsait sərf edib. Bu vəsaitdən Türkiyəyə zəlzələ üçün və Azərbaycana mina ilə müba­rizə məqsədilə kömək göstərilib.

Misirin Baş müftisi Şövqi Əllamın sözlərinə görə, dinindən və irqindən asılı olmayaraq, insanlar sülh və təh­lükəsizlik şəraitində yaşamalıdırlar və biz bu istiqamətdə güclərimizi birləş­dirməliyik. İnsanların bir-birini anlaması üçün mütləq dialoq olmalıdır. 

Bakı görüşündə problemlərin həlli üçün aparılan müzakirələrin vacibliyini xüsusi vurğulayan Moskva Patriarxi­yasının kilsələrarası xarici əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy isə diqqətə çatdırıb ki, milli azlıqlara qarşı ayrı-seçkilik adı altında çox hüquqlar pozulur, bu isə diktatorluğa və özbaşı­nalığa gətirib çıxarır. 

Rusiyanın Baş ravvini Berl Lazarın fikrincə, insan övladına hörmət etmək lazımdır. Güc və zorakılıq tətbiq etmək insanları bir-birindən uzaqlaşdırır. 

Beynəlxalq İslam Xeyriyyə Fondu­nun prezidenti Abdulla Əl Mətuq vurğu­layıb ki, dünyada sülhün qurulmasına ciddi ehtiyac var. Qeyd edib ki, bunun üçün birlik olmalı, problemlərin həlli üçün lazımi addımlar atılmalıdır. 

Beynəlxalq Fiqh Akademiyasının prezidenti Əbulqasim Əl Dibaci diqqətə çatdırıb ki, Allah hər birimizi eyni yara­dıb və biz bir-birimizi qəbul etməliyik. Onun sözlərinə görə, böyük problemlər danışıqlar əsasında həllini tapır. 

Livan Milli Müsəlman-Xristian Mərkəzinin Baş katibi Məhəmməd Sammak deyib ki, Bakıda dünyanın 30-dan artıq dini liderlərinin toplantısı böyük əhəmiyyət daşıyır. 

Türkiyənin Diyanət İşləri üzrə Ko­mitəsinin Strateji inkişaf departamen­tinin sədri Mustafa Ermaklı bildirib ki, dünyada sülh və sabitliyin bərqərar olması üçün haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparılması əsas şərtdir. 

Şimali Kipr Türk Respublikasının Diyanət işləri sədri Ahmet Unsal təəs­süflə qeyd edib ki, bəzi qüvvələr güc­lü olduqları üçün başqalarını əzmək həvəsindədirlər. 

Daha sonra çıxış edən Pakistan Müsəlman İnstitutunun sədri Sultan Əhməd Əli, Avropa–Türk Müsəlman Birliyinin prezidenti Musa Sərdar Çələ­bi və digərləri tədbirin əhəmiyyətini vur­ğulayıb, sülh şəraitində və dinc yanaşı yaşamaq üçün qarşılıqlı anlaşmanın, dialoqun önəmini diqqətə çatdırıblar.

XQ

Son xəbərlər