Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri genişdir

post-img

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli forum çərçivəsində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. 

Görüşdə nazir Azərbaycan–Rusiya münasibətlərinin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğur­la inkişaf etdiyini bildirib. Qeyd olunub ki, ölkəmiz Rusiya ilə mədəni əmək­daşlığa xüsusi diqqət yetirir.

Mixail Şvıdkoy forumda iştirakın­dan məmnunluğunu bildirib, müzakirə edilən mövzuların aktuallığına diqqəti çəkib.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin in­kişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiyanın işti­rakının əhəmiyyəti qeyd olunub.

XQ

Son xəbərlər