Azərbaycanın müdafiə naziri İordaniya Kralı ilə görüşüb

post-img

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

Son xəbərlər