Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respub­likası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edil­sinlər:

Abbasova Günel Məhərrəm qızı,

Cəfərov Səməd Fəxrəddin oğlu,

Ələkbərov Əfqan Qəzənfər oğlu,

Əliyev Elvin Əhəd oğlu,

Əliyev Emin Zöhrab oğlu,

Hüseynov Zaur Nazim oğlu,

Qarayeva Mehriban Cəfər qızı,

Qocayev Tural Şəmsi oğlu,

Məmmədov Murad Akif oğlu,

Səlimova Səadət Rəşid qızı. 

2. Tanrıverdiyev Anar Vəzir oğlu vəzifəsinin dəyiş­dirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Sahibə QAFAROVA

Bakı şəhəri, 5 aprel 2024-cü il

Son xəbərlər