On beş nəfərin “Crocus City Hall”da terrorla əlaqəsi aşkarlanmayıb

post-img

Tacikistanda terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilənlərin Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı törədənlərlə əlaqəsi yoxdur. Bu barədə RİA Novosti mənbələrə istinadən xəbər verir. 

Qeyd edək ki, martın 29-da Düşənbə və Vəhdətdə 15 nəfər həbs edilmişdi. 

“Martın 21 və 22-də Novruz bayramı zamanı terror aktları planlaşdıran Düşənbə və Vəhdət şəhərlərinin 15 sakininin martın 22-də “Crocus City Hall-da terror aktını törədən şəxslərlə əlaqəsi yoxdur”, - agentliyin həmsöhbəti bildirib. 

Mənbə əlavə edib ki, həbs edilən 15 nəfərin hamısı terrorçuluqda ittiham olunub. Daha 9 məhbusun dindirilməsi davam edir.

Baş vermiş terror aktından sonra Moskva vilayətində hücumun icraçıları onlarla əlaqə saxlamağa başlayıb.

Martın 22-də axşam saatlarında bir qrup silahlı şəxs “Crocus City Hall”a basqın edərək insanlara atəş açıb, bundan sonra binanı yandırıblar. Son məlumatlara görə, 144 nəfər həlak olub, daha 551 nəfər yaralanıb. FTX Moskva vilayətində törədilən terror aktında iştirak edən 11 nəfərin saxlanıldığını bildirib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər