BAMF-ın Müstəqil Həmkarlar İttifaqı yaradıldı

post-img

Beynəlxalq Avrasiya Mətbuat Fondunun daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb. Bu barədə qərar BAMF-da keçirilən iclasında qəbul edilib. 

İclasda BAMF-ın prezidenti Umud Mirzəyev, qurumun Himayəçilik Şurası­nın üzvləri Rəşad Məcid, Rey Kərimoğ­lu, Vaqif Bəhmənli, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müda­fiəçisi Sahib Məmmədov, Əməkdar jurna­list, yazıçı Akif Əli, ANAMA-nın əməliyyat meneceri Şahin Allahverdiyev, Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müa­vini Əbülfəz Mehdiyev və başqaları iştirak ediblər. 

İclasda Həmkarlar İttifaqının idarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibi formalaşıb. 

Səsvermə nəticəsində Akif Əli təşkila­tın sədri seçilib. 

BAMF Azərbaycanda ilk qeyri-hö­kumət təşkilatı olaraq Müstəqil Həmkarlar İttifaqı yaradıb.

XQ

Son xəbərlər