Ermənistanın elə bir kəndi yoxdur ki, kiməsə verilsin. Biz indi bu 4 kəndi Ermənistan ərazisi hesab edən adamları axtarırıq. Biz o adamları axtarırıq ki, gəlib sübut etsinlər ki, bura Ermənistandır.
“Caliber” erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə Azərbaycanın Qazax rayonunun 4 kəndi haqqında danışarkən deyib.
“Ermənistan Respublikası konkret sərhədin yerini bilir, orada yaşayan Tavuş sakinləri bunu bilirlər. Bunu Ermənistanın bütün hakimiyyət orqanları, Serj Sarkisyan, Robert Köçəryan bilirdi və biz hamımız Gürcüstana gedəndə, hətta dayananda da, bu yolu, bu torpaqları həmişə görürdük, göstərirdik və deyirdik: bura, Azərbaycanındır. Biz yeni bir şeydən danışmırıq”, - deyə Ermənistan parlamentinin sədri bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ