“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində yaralanan bir xəstə dünyasını dəyişib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib. Məlumatı “İnterfaks.ru” verib.
“Təəssüf ki, əvvəllər son dərəcə ağır vəziyyətdə olan qurbanlardan biri vəfat edib. Həkimlər mümkün olan hər şeyi ediblər”, - Muraşko bu gün jurnalistlərə bildirib.
Nazir həmçinin bildirib ki, terror aktının qurbanlarından 80 nəfəri müalicə üçün xəstəxanalarda qalır.
Qeyd edək ki, terror nəticəsində həlak olanların sayı 140-a çatıb.
P.ƏMİRCANOV
XQ