Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 14-də Xankəndi şəhəri ərazisindən yeni silah-sursatlar tapılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Məlumata görə, tapılan hərbi vasitələr 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, 3200 ədəd müxtəlif çaplı patron və digər sursatlardan ibarət olub.
Bu istiqamətdə fəaliyyət davam etdirilir.
P.ƏMİRCANOV
XQ