5,5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 5,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 4,2 kiloqrama yaxın marixuana olub.  

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat