Hakimliyə yeni namizədlər

post-img

Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən, məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, yekun müsahibədə na­mizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onla­rın hüquq sahəsində nəzəri və praktiki biliklərini tətbiq etmək bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəru­ri olan keyfiyyətlərə yiyələnməsi komitə tərəfindən qiymətləndirilib, 27 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiy­yət qazanıb, onların qiymətləndirilməsi­nin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.

Qanunvericiliyə uyğun olaraq 2024-cü il martın 29-da Şura tərəfindən namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.

Müsabiqədə uğur qazanmış ha­kimliyə namizədlərin siyahısı Məh­kəmə-Hüquq Şurasının saytında (https://jlc.gov.az/az/hakimlerin-secki-komitesi/elanlar/hakimlerin-secki-komitesinin-me­lumati-75ed818f) yerləşdirilib.

XQ

 

Son xəbərlər