Xankəndi şəhərində Dövlət Yol Polisinin əməkdaşları xidmətə başlayıb.
AZƏRTAC xəbər verir ki, şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır.