Xocalıda soyqırımın yeni izləri aşkarlanıb

post-img

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində – keçmiş xalça fabrikinin yaxınlığında aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmə­tindən verilən məlumata görə, peşə­kar əməkdaşlar hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məh­kəmə-Tibbi Ekspertiza və Patoloji Ana­tomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azər­baycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətən­daşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaş­larının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Aşkar edilmiş sümük fraqment­ləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri proses­sual hərəkətlər yerinə yetirilib.

Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlan­mış insan qalıqlarının, ən azı, 4 nəfərə (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) məx­sus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və 25 il əvvəl basdırılması müəyyən edilib.

Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdi­rilir. 

XQ

Son xəbərlər