Naxçıvanda interaktiv yubiley dərsi

post-img

Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illinə həsr edilmiş interaktiv dərs keçirilib. 

“Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda dərsi muze­yin bələdçisi Nərmin Əmirova aparıb. İnteraktiv dərsi muxtar respublikanın 100-dən artıq ümumtəhsil məktəbinin şagirdləri izləyiblər. Onlayn məşğələ zamanı muzeydə Azərbaycanın dövlət­çilik tarixinə, o cümlədən Naxçıvanın ta­rixinə aid dövlət və döyüş bayraqları, xə­ritələr, sənədlər, fotolar, kitab və jurnallar haqqında ətraflı məlumat verilib.

S.HƏSƏNOV
XQ

Naxçıvan



Son xəbərlər