Qalib Prezidentin seçki qələbəsinin ümumxalq təntənəsi

post-img

Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin fevralın 7-də keçirilən seçkilərdə inamlı qələbəsini böyük sevinclə qarşılayıb və coşqu ilə qeyd edib.

Axşam saatlarında paytaxt sakinləri, sənətçilər, ziyalılar və ictimai fəallar sevinc hisslərini paylaşmaq üçün Heydər Əliyev Mərkəzinin parkına toplaşıblar. Nəhəng izdiham bir yerdə şənlənib,  yüksək duyğularını birlikdə yaşayıb. Şüar və pransporantlarda xalqımızın öz liderinə sonsuz sevgisi və böyük inamı, onun ­rəhbərliyi ilə qazanılan qələbələr əks olunub.

Növbədənkənar prezident seçkilərində İlham Əliyevin üstün qələbə xəbəri  Zəfər zirvəsi Şuşada, Qayıdış şəhəri Laçında və ölkənin digər şəhər və rayonlarında da coşğu ilə qarşılanıb, şənliklərə çevrilib.

XQ

 





Son xəbərlər