“Apple” yeni notbuk və planşetlərini təqdim edəcək

post-img

“Apple” şirkəti 2024-cü ilin mart ayında yeni notbuk və planşetlərinin təqdimatını keçirəcək. Bu barədə “Bloomberg” xəbər portal məlumat yayıb.  

Nəşrin redaktoru Mark Qurmanın sözlərinə görə, ABŞ şirkəti təqdimat üçün bir neçə məhsul hazırlayır. Onların arasında M3 ailəsi çipləri olan 13 və 15 düymlük “MacBook Air” notbukları, həmçinin analoji prosessorlu “iPad” planşetləri olacaq.

“Apple” şirkəti həm “iPad Pro”, həm də “iPad Air” üçün yeniliklərini təqdim edəcək. Yenilik “Pro” versiyalı planşetin M3 çipi və OLED ekranından, “Air” versiyası üçün isə yeni prosessorlarla təminatdan ibarət olacaq.

Yeni məhsulların 2024-cü ilin fevral və ya mart aylarında təqdimatı planlaşdırılıb.

Rizvan FIKRƏTOĞLU
XQ

Son xəbərlər