Türk Dövlətləri Rəqabət Şurası yaradılıb

post-img

Qurumun növbəti iclası Şuşada keçiriləcək

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.

Bu barədə üzv dövlətlərin nümayən­dələrinin İstanbulda keçirilən toplantı­sında qərar qəbul edilib.

Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər ara­sında tarixi, mədəni əlaqələri güclən­dirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıra­caq.

Şuranın növbəti iclasının Azərbay­canın işğaldan azad edilən Şuşa şəhə­rində keçiriləcəyi planlaşdırılır.

XQ

Son xəbərlər