Ordumuz Türkiyə modelinə uyğunlaşdırılır

post-img

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyinin mət­buat xidmətindən məlumat verilib.

Qonaqlara Müdafiə Nazirliyinin strukturuna daxil olan təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi və təd­ris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

Azərbaycan və Türkiyə milli müdafiə universitetlə­rinin rəhbər heyəti arasın­da keçirilən görüşdə döv­lətimizin başçısının hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğısından, Azərbaycan Ordusunda bu sahədə aparılan islahatlar, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində gö­rülən işlərdən danışılıb.

Azərbaycan Prezidentinin müvafiq fərmanı və sərəncamı ilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Res­publikasında yaradılan xüsusi təyinatlı hərbi kolleclərin əhəmiyyəti, eləcə də hərbi kadrlar hazırlayan təhsil müəs­sisələri kursantlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətin­də həyata keçirilən tədbirlərin gənclə­rin hərbi xidmətə marağının əhəmiyyətli dərəcədə art­masına imkan verəcəyi qeyd olunub.

Görüşdə iki qardaş ölkə­nin hərbi təhsil sahəsində əməkdaşlığının daha da ge­nişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə gö­rüləcək işlər, eləcə də qarşı­lıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər