Mübariz Qurbanlı Şirvanda qəbul keçirib

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 23-də Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlarla görüşüb, müraciətlərini dinləyib.

Görüşdə vətəndaşlar dini icmala­rın qeydiyyatı, dini maarifləndirmə işi­nin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, habelə digər məsələlərlə bağlı müra­ciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş görüşdə ərizələr qəbul edilərək, müva­fiq tədbirlərin görülməsi ilə bağlı tapşı­rıqlar verilib.

XQ

Son xəbərlər