Sumqayıtda veteranlarla görüş keçirilib

post-img

Dünən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində veteranlarla görüş keçirilib. 

Təşkilatın sədr müavini, polkovnik Cəlil Xə­lilov veteranlarımızın cəmiyyətdəki rolundan, onların üzərinə düşən vəzifələrdən danışıb. Polkovnik qeyd edib ki, veteranlar hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəklə­yib, dövlət başçısının hər bir çağırışına səs verib. 

Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov və başqaları çıxış edərək yaxın tarixi keçmişimizin ən mühüm hadisələrinə toxunub, ölkəmizin gələcək inkişafı ilə bağlı arzu və gözləntilərini dilə gətiriblər. Çıxış edən vete­ranlar ölkəmizin bundan sonra da Müzəfər Ali Baş Komandanın rəhbərliyi altında yeni uğur və nailiyyətlərə imza atacağına əminliklərini ifadə ediblər. 

XQ

Son xəbərlər