Müstəqillik dövrünün ilk ümumölkə seçkisi

post-img

“Media nümayəndələri ilk gündən bütün seçki prosesinin içindədir və məsələləri hərtərəfli işıqlandırırlar. Biz kütləvi informasiya vasitələrinin seçkilərdəki rolunu həmişə yüksək tutmalıyıq”.

Bu fikirləri yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pə­nahov bərabər seçkiqabağı təşviqat im­kanları və media subyektlərinin seçkilər­də fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.

MSK sədri qeyd edib ki, KİV həmişə müəyyən çatışmazlıqları aradan qaldır­maq üçün addımlar atmalıdır. Əgər tərəf­lər həmin iradlardan nəticə çıxarmırsa, ondan sonra məsələni işıqlandırmaq la­zımdır. Seçki məsələsində birinci növbə­də hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik.

Azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb

İşğaldan azad olunan ərazilərdə ilk dəfə seçki keçiriləcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün tarixi hadisədir. Bildiyiniz kimi, həmin ərazilərdə 26 seç­ki məntəqəsi yaradılıb. Bu məntəqələr orada tikilmiş müasir binalarda yerləşir. Həmin məntəqələri çox yüksək səviyyə­də lazımi seçki ləvazımatları ilə təchiz etmişik. Məntəqələrdə müşahidə apar­maq azaddır. Beynəlxalq müşahidəçilər həmin məntəqələrə gedib proseslə tanış ola bilərlər.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu fikirləri jurnalistlərə müsahibəsində səsləndirib

Həmin seçki məntəqələrində çəkilişlə­rin aparılmasının zəruriliyini bildirən MSK sədri deyib ki, ATƏT-in Demokratik Təsi­satlar və İnsan Haqları Bürosu artıq bey­nəlxalq müşahidəçi kimi fəaliyyət göstərir. Onlar uzunmüddətli müşahidəçiləri artıq yerlərə göndəriblər. Bu müşahidəçilər ki­fayət sayda dairələrdə olublar. Çalışırıq ki, onlarla əməkdaşlığımızı konstruktiv əsaslarla quraq.

17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib

Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Təx­minən 6300 seçki məntəqəsinin olacağını nəzərə alsaq, hər məntəqəyə orta hesab­la üç müşahidəçi düşür.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 11-də jurnalistlərə müsahibəsində deyib.

“Müşahidəçilərin çox olmasını alqışla­yırıq. Arzu edirik ki, həmin müşahidəçilər işğaldan azad edilmiş bölgələrdə də seç­ki prosesini izləsinlər”, – deyə MSK sədri qeyd edib.

XQ



Son xəbərlər