Mediamızın seçki təcrübəsi böyükdür

post-img

Mətbuat Şurasının sədri Rəşad Məcid yanvarın 11-də bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədəki çıxışında deyib ki, mediamızın seçki məsələsində böyük təcrübəsi var. Eyni zamanda, seçkiqabağı təşviqat, xüsusilə ödənişli və ödənişsiz təşviqatın aparılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının üzvlərinin fikirlərinə ehtiyacımız var.

R. Məcid bildirib ki, media əvvəlki illərdə olduğu kimi, Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq 7 fev­ral növbədənkənar prezident seçkilərin­də də böyük məsuliyyətlə iştirak edəcək. Eyni zamanda, sosial mediada hansısa namizədə qarşı saxta xəbərlərin yayıla biləcəyi şəksizdir. Peşəkar media belə hallarda məsələlərə vaxtında münasibət bildirməlidir.

O deyib ki, 7 fevral bir müddətdən sonra Azərbaycan tarixinin ən əzəmətli bayram günlərindən biri olacaq. Bütün bu məsələlərdə, xalqımızın, seçicilərin çiyninə böyük məsuliyyət düşür. Bütün dünya görsün ki, Azərbaycan xalqı öz gələcəyinə biganə deyil. Heç şübhəsiz bu məsələlərdə Azərbaycan mediası ən öndə getməlidir.

XQ

Son xəbərlər