Teleradio namizədlərə bərabər şərait yaradır

post-img

Seçki Məcəlləsində seçkiqabağı təşviqatla bağlı məsələlər tam əksini tapıb. Seçkiqabağı təşviqat mərhələsi seçkiyə 23 gün qalmış başlayır və seçki gününə 24 saat qalmış bitir. Seçkiqabağı təşviqat mərhələsi ictimai yayımçının üzərinə düşür. İctimai yayımçı efirdə namizədlərə bərabər şərait yaradır və prezidentliyə namizədlərin İctimai Televiziyada pulsuz efir vaxtı almaq hüququ var.

Audiovizual Şuranın sədri İsmət Sət­tarov bərabər seçkiqabağı təşviqat im­kanları və media subyektlərinin seçkilər­də fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı bu fikirləri səs­ləndirib..

İ.Səttarov bildirib ki, namizədlər üçün ayrılmış efir vaxtı həftədə üç saatdan az olmamalıdır. “Pulsuz efir vaxtı namizədlər arasında bərabər şərtlərlə bölünür. İcti­mai yayımçı, həmçinin ödənişli efir üçün də ehtiyatda əlavə vaxt saxlamalıdır. Özəl yayımçılar isə seçkiqabağı təşviqat aparmaq məsələsində sərbəstdirlər. On­lar təşviqat aparmaqla bağlı istəklərini Mərkəzi Seçki Komissiyasına bildirməli­dirlər. Audiovizual Şura audiovizual sahə­də tənzimlənməni həyata keçirən dövlət orqanı olaraq, seçkiqabağı təşviqatla bağlı monitorinqlər həyata keçirir. Həmçi­nin Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəl­ləsinin bütün tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır”.

XQ

Son xəbərlər