Şəffaf, azad və ədalətli seçkilər cəmiyyətin demokratiya imtahanıdır

post-img

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq davam edir. Seçki məntəqələri avadanlıqla təmin edilir, seçici siyahıları bir daha dəqiqləşdirlir və seçkiyə çağırış plakatları asılır. Bölgələrdə də seçkilərə ciddi hazırlıq işləri aparılır. Bununla əlaqədar 66 sayllı Saatlı seçki dairəsi ilə əlaqə saxladıq. 

Dairə seçki komissiyasının sədri Arif Əliyev dedi:

– Dairəmizin hüdudlarında olan seçki məntəqələrində növbədənkənar Azərbay­can Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri yüksək səviyyədədir. Seçki dairəsi üzrə 27 bələdiyyə hüdudlarında olan 50 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin seçki məntəqələrində 50 min 614 seçicinin adı seçici siyahılarına salınmış­dır. Dairə və məntəqə seçki komissiyaları Seçki Məcələsinin tələblərinə və Mərkəzi Seçki Komissiyasının təqvim planına uy­ğun olaraq seçkilərə ciddi hazırlaşır. 

Dairə və məntəqə seçki komissiyala­rı seçkiyə qədərki dövrdə və seçki günü lazım olan bütün inventar, avadanlıq və ləvazimatlarla, səsverməyə çağırış xa­rakterli ümumi təşviqat materialları, Seçki Məcəlləsi, təlimatlar, təqvim planı və yad­daş kitabçaları ilə təmin olunub. 7 seçki dairəsinə veb-kamera quraşdırılıb. Ötən seçkilərdə də şahid olduq ki, seçkilərin şəffaflığının təmin olunmasında veb-ka­meraların mühüm rolu vardır. Bütün veb-kameralar MSK ilə əlaqələndirilib.

Hazırda DSK-da müşahidəçilərin qeydiyyatı prosesi aparılır. Dairə üzrə indiyə qədər 309 müşahidəçi qeydə alı­nıb. Onlaradan 50 nəfəri YAP-ın təyinatı ilə, digərləri isə öz təşəbbüsü ilə qeydə alınanlardır. Hazırda bu proses davam etdirilir. Seçki Məcəlləsinə uyğun olaraq, prezidentliyə namizədi qeydə alınmış YAP tərəfindən dairə və məntəqə seçki komissiyalarının hər birinə 1 nəfər məş­vərətçi səs hüquqlu üzv təyin edilib.

Arif müəllim dedi ki, DSK tərəfindən seçicilərə qeydiyyatdançıxma vəsiqələri­nin verilməsi prosesi davam edir. Belə ki, fevralın 7-də qeydiyyatda olduğu seçki məntəqəsi üzrə müəyyən səbəblərə görə səs verə bilməyən seçicilər DSK-ya mü­raciət edir və qeydiyyatdançıxma vəsiqəsi alırlar. Onlar seçkilər günü istədikləri seçki məntəqəsində səs vermək hüququna ma­likdirlər. Qeydiyyatdançıxma vəsiqələrinin DSK-lar tərəfindən verilmə prosesi yanva­rın 13-nə qədər davam edəcək. Yanvarın 14-dən fevralın 4-dək isə Seçki Məcəlləsi­nin tələblərinə əsasən, qeydiyyatdançıx­ma vəsiqələrinin verilməsini məntəqə seç­ki komissiyaları davam etdirəcək. 

Hazırda DSK üzrə seçici siyahılarının dəqiqləşdirilməsi işi davam etdirilir. Hər hansı bir bir səbəbdən daimi yaşadığı ərazini rəsmi yolla tərk edən seçicinin adı seçici siyahısından çıxarılır və müvafiq olaraq ərazidə rəsmi qeydiyyata alınmış seçicilərin adları siyahıya salınır. Çalışırıq ki, seçici siyahılarə Seçki Məcəlləsinin tələbləri səviyyəsində hazırlansın. Bü­tün seçki məntəqələrində qeydə alınmış prezidentliyə namizədlərin təşviqat ma­terilallarının yerləşdirilməsi üçün təşviqat lövhələr vardır. 

A.Əliyev dedi ki, qeydə alınmış pre­zidentliyə namizədlər, onların səlahiy­yətli nümayəndələri, həmçinin vəkilləri, namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyaların blokları və onların vəkilləri yanvarın 15-dən seçkiqabağı təşviqatın aparılmasına başlayacaqlar. Onların təbliğat tədbirlərinin həyata keç­rilməsi və seçicilərlə görüşlərin keçirilmə­si üçün DSK-nın təklifi ilə yerli icra haki­miyyəti və bələdiyyə qurumları tərəfindən müvafiq yerlər müəyyənlədirilmişdir. 

Arif müəllim bu il səs verənlər sırasın­da ən yaşlı seçicilərin müəyyənləşdirilməsi barəsində də məlumat verərək dedi ki, ən yaşlı seçicimiz 104 yaşlı qadındır. 103 və 101 yaşlı iki kişi seçicimiz də səsvermədə iştirak edəcəklər. Ümumiyyətlə, 80–104 yaşlı seçicilərimizin sayı 695 nəfərdir. 

Seçki məntəqələrinin yerləşdiyi bina­lar da Seçki Məcəlləsinin tələblərinə tam cavab verir və seçicilər üçün əlverişli yer­dədir. Məntəqələr daimi elektirk enerjisi ilə təmin olunub. Buna baxmayaraq, eh­tiyat tədbirlər də görülmüş və məntəqələr generatorlarla təchiz olunmuşdur. Qeyd olunanlar bir daha təsdiqləyir ki, dairə ərazisində növbədənkənar prezident seç­kilərinin şəffaf, azad və ədalətli keçirilmə­si üçün lazımi şərait yaradılıb.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər