Rəşad Məcid: Seçki zamanı peşəkar medianın üzərinə böyük yük düşür

post-img

Media xalqımızın həyatında mühüm rol oynayacaq 7 fevral seçkilərində yaxından iştirak edəcək. Eyni zamanda, yeni sosial media yaranıb ki, burada saxta xəbərlərin olacağı gözləniləndir.  Bu zaman peşəkar medianın üzərinə böyük yük düşür.

Bu fikirləri Mətbuat Şurasının sədri Rəşad Məcid bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı dedi.

Rəşad Məcid bildirdi ki, seçki zamanı monitorinqin, müşahidələrin aparılması KİV-in üzərinə düşür. Ölkənin siyasi və ictimai həyatında baş verən vacib hadisələrdə mediamız yaxından iştirak etməsi labüddür. 

Mətbuat Şurasının sədri vurğuladı ki, bütün dünya Azərbaycan xalqının öz gələcəyinə biganə olmadığını görməli və Azərbaycan mediası da bu hadisələrdə öndə getməlidir.

Rizvan FİKRƏTOĞLU,

Şahanə XANKİŞİYEVA,

Elşən AĞALAR (foto)

XQ

Son xəbərlər