Səfər başa çatdı

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 9-da başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı hava limanında Azərbay­can Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər na­zirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Son xəbərlər