ABŞ-da ölkəmizlə bağlı səslənən ittihamlar yalan və qərəzlidir

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamentinin ölkəmizi qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən etməsi ilə bağlı bəyanat yayıb. 

Sənəddə bildirilir: “ABŞ-ın Bey­nəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də ABŞ Döv­lət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinad­la ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulya­siya vasitəsindən başqa bir şey deyil. 2013-cü ildən bəri BDAK hər il öz hesa­batlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Dövlət katibi tərə­findən Azərbaycanın “xüsusi izləmə siyahısı”na daxil olan ölkə kimi müəy­yənləşdirilməsini Dövlət Departamen­tinə tövsiyə etmiş, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yaymışdır”.

Bəyanatda daha sonra qeyd edi­lir ki, rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin doğru olmadı­ğı və qərəzliliyi maddə-maddə onla­rın diqqətinə çatdırılaraq etiraz ifadə edilmişdir: “Eyni zamanda, Azərbay­canda olan müsəlman və qeyri-müsəl­man icmalarının aparıcı qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yaymış, Komissiyaya göndərmiş, o cümlədən, müxtəlif din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar vermişlər. ABŞ-ın Beynəlxalq Din Azadlığı Ko­missiyası tərəfindən təqdim olunan “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddir”. 

Açıqlamada o da xatırladılır ki, qeyd edilən komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cüilin oktyabrında başa çatan Qarabağ­dakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan gör­mədiyi” məlumatı bildirilsə də, hansı­sa naməlum insan hüquqları təşkilat­larının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunul­mamışdır.

Komissiyanın və Dövlət Depar­tamentinin müsəlman abidələrinə qarşı edilmiş vandalizmi görməzdən gələrək Azərbaycanın müstəqil si­yasətinə təsir göstərmək cəhdinin yolverilməz olduğunun vurğulandığı bəyanat bu sözlərlə bitir: “Sözsüz ki, bu, ABŞ–Azərbaycan münasibətlərinə də xələl gətirir. Dövlət Departamentinə regionda yaranmış yeni reallıqlardan çıxış edərək Azərbaycana qarşı qara­yaxma aparan ermənipərəst qüvvələrin dəyirmanına su tökməməyi, ikili stan­dartlardan uzaq olmağı və beynəlxalq hüquq normalarına uyğun addımlar at­mağı tövsiyə edirik”. 

XQ

Son xəbərlər