22 kiloqramdan şox narkotik vasitə götürülüb

post-img

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan "Mersedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. 

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. O məhkəmənin qərarına əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Ümumiyyətlə, yanvarın 8-də respublika ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,9 kiloqramdan çox narkotik vasitə, həmçinin 1048 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb. Bunlar qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqram 940 qram heroin, 7 kiloqram 727 qram marixuana, 1 kiloqram 23 qram tiryək, 2 kiloqram 220 qram metamfetamin, həmçinin 1048 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər