“Stratfor”: “Ermənistan Bakının tələblərini qəbul edəcək”

post-img

Ermənistan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakının tələblərini qəbul etməli olacaq.

Bu barədə ABŞ-nin "Stratfor" anali­tik mərkəzinin 2024-cü il üçün proqnoz­lara dair dərc etdiyi hesabatda bildirilib.

Mərkəzin analitiklərinin fikrincə, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün səylərini davam etdirəcək, lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara bundan sonra da mane olacaq:

“Güman ki, Ermənistan və Azər­baycan arasında sülh sazişinin imza­lanması istiqamətində irəliləyiş var. Amma Ermənistan Bakıya qarşı Qərblə artan siyasi əlaqələrindən və onun hər­bi dəstəyindən istifadə edəcək. Amma İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, onlar Bakının Ermənista­nın cənubundan tranzit yolların keçmə­si və sərhədlərin delimitasiyası ilə bağlı irəli sürdüyü tələbləri qəbul edəcək”.

XQ

Son xəbərlər