Papa Fransiskin Azərbaycan və Ermənistana sülh müqaviləsi çağırışı

post-img

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətindən danışıb.

Yanvarın 8-də Papa Fransisk Müqəddəs Taxt-Tacda akkreditə olun­muş diplomatik korpusun rəhbərləri üçün təşkil edilən ənənəvi illik tədbir­də çıxış edib. Roma Papası Vatika­nın 2023-cü ildəki fəaliyyəti, habelə 2024-cü il üzrə hədəfləri barədə məlu­mat verib, həmçinin dünyada baş verən proseslərə dair fikir və çağırışlarını səs­ləndirib.

Cənubi Qafqaz regionundakı vəziy­yətə toxunan katoliklərin ruhani lideri tərəfləri sülh müqaviləsini imzalamağa çağırıb. O, bölgənin sakinlərinin çətin humanitar vəziyyəti ilə bağlı həll yolu tapmaq, köçkünlərin öz evlərinə qanuni və təhlükəsiz şəkildə qayıtmasını təş­viq etmək, orada müxtəlif dini icmalara məxsus ibadət yerlərinə hörmətlə ya­naşmağın vacibliyini vurğulayıb. Deyib ki, bu addımlar çox arzulanan sülh baxı­mından iki ölkə arasında etimad mühiti­nin yaradılmasına kömək edəcək.

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Papa Fran­siskə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və təbrikini çatdı­rıb, Roma Papasını ölkəmizdə keçi­riləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının 29-cu (COP29) sessiyasında iştiraka dəvət edib.

XQ

Son xəbərlər