Şəhidlərin xatirəsinə ehtiram

post-img

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib. 

Prezident Şeyx Məhəmməd bin Za­yed Əl Nəhyan “Əbədi məşəl” abidəsi­nin önünə əklil qoyub. 

Sonra Bakının ən hündür nöqtəsin­dən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Pre­zidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq iş­ləri barədə məlumat verilib.

Son xəbərlər