Perinatal Mərkəzindəki yanğınla bağlı Baş Prokurorluğun əməkdaşları hadisə yerindədir

post-img

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı  Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerində olublar.

Baş Prokurorluqdan  verilən məlumata görə, zəruri istintaq hərəkətləri aparılıb. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Son xəbərlər